9 C
Baku
Thursday, December 12, 2024

Tədqiqatçılar koronavirusun dəyişikliyə uğradığını açıqladılar

Yeni koronavirus Çində yayılmağa başlayandan indiyədək xeyli dəyişikliklərə uğrayıb.

“National Science Review” jurnalında dərc olunmuş bir qrup çinli tədqiqatçının məqaləsinə görə, virusun fəallığı ilə seçilən L və S növünün ortaya çıxdığı, bunlardan birincisinə 70 faiz, ikincisinə 30 faiz rast gəlindiyi göstərilir.

koronavirus.jpg1

Həmçinin COVİD-19 virusunun 103 genomunu təhlil edən müəlliflər əksəriyyəti son vaxtlar baş verdiyi 149 dəyişikliyi aşkarlayıblar.

Yazı müəlliflərinin fikrincə, virusun daha sürətlə yayılan L növü insan müdaxiləsi nəticəsində daha çox dəyişikliyə uğradığı halda daha köhnə olan S növü insan müdaxiləsinə az uğradığına görə nisbətən az yayılır: “Təhlilimizə görə S növü çox güman ki, COVİD-19-un ilkin variantıdır. Apardığımız tədqiqatlar insan müdaxiləsi nəticəsində L və S növləri arasında yayılma nisbətinin dəyişdiyi ehtimalını təsdiqləyir”.

©Report

Son xəbərlər
Digər xəbərlər