9 C
Baku
Thursday, December 12, 2024

Sparta tərbiyəsi…

Hər birimiz Sparta ordusunun əzəməti barədə az-çox məlumata sahibik. Sparta ordusunun gücü onun təşkil edilməsində idi. Ordu isə hələ uşaq vaxtlarındam Sparta ruhlu tərbiyənin sayəsində bir araya toplaşırdı. Burada tərbiyə bütün olaraq əsgərlərin ruhi cəhətdən tabe olmalarında idi. İdeologiyanın yardıcısı isə əfsanəvi Likurq hesab edilir. Spartalılar isə Likurq haqqında bu sözləri deyirdilər: “O insandan daha çox, Tanrıdır”.

Spartada tərbiyə uşağın dünyaya gəlməsindən başalyırdı. Ata yeni dünyaya gəlmiş körpəsini ağsaqqallar şurasına gətirərək nümayiş etdirməli idi. Əgər yeni doğulmuş körpədə zəiflik əlamətləri sezilərdisə, onu Sparta yaxınlığında uçurumdan atardılar. Zəif uşaqlara burada yer yox idi.

Oğlanlar 7 yaşından etibarən kazarmalarda yaşamağa göndərilirdilər və uzun illərini burada keçirməli olurdular. Aclıq hissi daimi olsun deyə qida çox az miqdarda verilirdi. Geyim isə küçədə qış və yay olmağından asılı olmayaraq eyni idi. Onların yatdıqları şərait isə demək olar ki, dözülməz idi.

Uşaqlarda ağrı hissinə dözümü formalaşdırmaq üçün ənənəvi üsullardan istifadə edilirdi. Spartalı oğlanlar hər il qamçı zərbəsi sınağından keçməli idi. Heç kimə istisna edilmirdi. Bu zaman tapşırıq heç bir ağrı əlaməti nümayiş etdirməmək və səs çıxarmamaq idi. Qamçı zərbələri o qədər şiddətli idi ki, bəzən ən güclü və dözümlü oğlanlar belə bu zərbələr altında can verirdilər.

Spartalı uşaqlara işləmək qadağan idi və sağ qalmaq üçün onlar oğurluqla məşğul olmalı olurdular. Onlar nə isə oğraya bilmək bacarıqlarını sərgiləməli idilər. Əgər spartalı gənc oğurluq tapşırığının öhdəsindən gələ bilmirdisə qamçı cəzasına məhkum olurdu. Sparta tərbiyəsində əsas olan intizam idi.

Uşaqlıqdan spartalılara şərabın təhlükəli bir şey olduğunu təlqin edirdilər. Sülh şəraitində uşaqların müharibə ruhu “ölməsin” deyə onları ətraf kəndlərə “məşq” üçün göndərirdilər. Ətraf kəndlər isə çılğın spartalılar qarşısında aciz idilər. Spartalı uşaqlar uşaq vaxtlarından döyüşə və qana vərdiş etmişdilər.

Sparta ordusunun əsas döyüş geyimi qırmızı rəngdə idi. Qırmızı rəng yara və qanı düşmən nəzərindən gizlətmək üçün nəzərdə tutulmuşdu və yaralanmış döyüşçünün zəifliyini qalxan kimi gizlədirdi.

Spartada xəyanətə görə heç bir cəza yox idi. Çünki burada xəyanət yox idi.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.