“Aqrolizinq” ilə “Qala Sığorta” müqavilə imzalayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus nəqliyyat vasitələrinin kasko sığortası xidmətinin satınalınması nəzərdə tutulub. Müqavilənin məbləği 8 min 679 manatdır.
Bildirək ki, “Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin səhmlərinin 100%-nin $6,5 milyona alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 50 manatdır.