İranda koronavirusa görə məktəb və universitetlərdə martın 20-nə kimi tətil elan olunub.
APA-nın Tehtan bürosunun məlumatına görə, bunu İranın Səhiyyə naziri Səid Nəməki bu gün koronavirusla mübarizə qərargahının verdiyi qərarlar haqqında danışarkən deyib. Onun sözlərinə görə, bundan sonra bütün şəhərlərin giriş-çıxışında koronavirusa yoluxmada şübhəli bilinən şəxslər 14 gün karantinə alınacaq: “Universitetlərə qəbul imtahanları təxirə salınıb. Xəstəliyə yoluxduğunu gizlədən şəxslər cəzalandırılacaq”.
Səhiyyə naziri əhalini evlərdən çıxmamağa çağırıb: “Xəstəliyin yayılma sürəti çox və ciddidir”.
S.Nəməki vətəndaşları Novruz bayramı tətilində səfərlərdən çəkinməyə çağırıb. Nazir dövlətin özəl sektora yardım edəcəyini vurğulayıb.
©APA