20 C
Baku
Thursday, October 3, 2024

Vinçesterlərin evi

160 otaq, 40 pilləkan və 1 böyük sirr. San-Xosedə yerləşən “Vinçesterlərin evi” imarəti özündə dəlisov dul qadın və bütün ruh ailəsinin yaşaması tarixçəsini təcəssüm etdirir. Hər şey Sara Vinçesterin həyat yoldaşını itirməsindən və onun çox milyonlu sərvətinə miras olaraq sahib çıxmasından sonra başlayır. Daha sonrada həyat yoldaşının ruhu onun yanına gələrək heç də yaxşı olmayan xəbərlər gətirir. Onun bəyan etməsinə görə, bütün bu pullar heç də şərəfli yolla deyil, insanların canı və qanı bahasına əldə edilib. Bu səbəbdən də bütün nəsil artıq lənətlənmişdir və ruhlar öz intiqamını mütləq alacaqdı. Onlarla barışmağın tək yolu var idi və bu ev inşa etməyə başlamaq idi. Xüsusilə də fasilə vermədən. Çünki çəkic zərbələrinin səsləri kəsildiyi halda qadın öləcəkdi.

Sara cəld olaraq işə başlayır. Yenicə milyonlara sahib olmuş dul qadın Kaliforniyada imarət əldə edir və işçilər tutur. Tezliklə evdə yeni otaqlar, dəhlizlər, eyvanlar və gizli keçidlər əmələ gəlməyə başlayır. Mərtəbələr dolayı pilləkənlərlə birləşirdi və əsasən heç bir yerə aparmırdı. Görünür dəli olmuş xanım Vinçester bu yolla onu izləyən ruhlardan canını qurtarmaq istəyirdi. Ev dayanmadan dəyişikliklərə uğrayırdı və inşaat bütün gün ərzindəı davam edirdi. Nəticədə 38 il ərzində burada tikinti işləri davam etdirilir. Hazırda bu inanılmaz imarətə turist səfərləri təşkil edilir. Qrupdan geri qalmaq olmaz. Əks təqdirdə labirintlər içərisində azmış vəziyyətdə qalacaqsınız. Deyilənlərə görə isə, bu labirintlərdə ruhlar hələ də öz qurbanlarını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər