20 C
Baku
Thursday, October 3, 2024

Lüğət ehtiyatını artırmaq üsulları

1. Gün ərzində ən adi ünsiyyət zamanı istifadə etdiyiniz sadə, ümumi işlək söz və ifadələri müəyyən edərək bir kağıza qeyd edin. Daha sonradan öyrənmək istədiyiniz dilə aid olan lüğətdən həmin sözlərin tərcüməsini təyin edin. Yaranmış alternativ variantlardan ibarət uzun siyahınız alındısa hər bir sözü öyrənənə qədər ucadan tələffüz edin. Bu sözlərdən hansı sizi daha çox ifadə edir? Hansı söz şəxsən sizi təzahür edir? Bir söz və yaxud ifadənin bir neçə tərcüməsinə sahibsinizsə onlardan hansının dilinizə daha yatqın olduğunu və asan tələffüz edə bildiyinizi müəyyən edin. Bu formada bir neçə söz seçin və artıq lüğət ehtiyatınıza düşənə qədər ucadan tələffüz edin.

2. Ünsiyyət- lüğət ehtiyatının zənginləşdirilməsi üçün əsas mənbələrdən biridir. Ünsiyyət zamanı hər bir ünsiyyət iştirakçısı müsahibiniz söz bazasından öz lüğət ehtiyatına yeni sözlər əlavə etmiş olur. Əgər öz ana dilinizə aid lüğət ehtiyatınızı artırmaq istəyirsinizsə dostlarınız, tanışlarınız və ən əsası müəllimləriniz ilə daha çox ünsiyyətdə olmağa çalışın.

Bu zaman öyrəndiyiniz yeni sözləri də istifadə etməkdən çəkinməyin.

3. Oxuyun, oxumaq faydalıdır. İlk olaraq maraqlarınıza daha yaxın və sizə daha aydın yazı tərzinə sahib yazıçılardan başlayın. Zamanla daha çətin ədəbiyyatlara müraciət edin. Yadda saxlayıb və daha sonradan istifadə etmək istədiyiniz lazımi sözləri işarələməklə özünüzə siyahı tərtib edə bilərsiniz.

4. Danışıq və yaxud ünsiyyət zamanı hər hansı yeni bir sözlə qarşılaşdıqda mənasını tapmaq üçün dərhal lüğətə müraciət etməyin. Bu yeni sözün danışıq aktında hansı formada işləndiyiniz, hansı məzmuna uyğun olduğunu ayırd etməklə ona sinonim olan sözü tapmağa çalışın. Bir söz haqqında nə qədər çox məlumata sahib olsanız, onu yadda saxlamaq da bir o qədər asan olacaq. Bu daha sonradan özünü nitqinizin gözəlliyində özünü biruzə verəcək.

5. Zamanının çoxunu yol və yaxud sükan arxasınca keçirənlər üçün lüğət ehtiyatını artırmağın ən rahat üsulu audio kitabları dinləməkdir. Bununla həm zamanınızı tıxaclarda boşa israf etməmiş, həm də lüğət ehtiyatını zənginləşdirmiş olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər