Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2020-ci ilin fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə ARDNF-dən Banker.az-a bildirilir.
Bu da suveren fondun öncəki ayla müqayisədə 1,8 dəfə çox satması deməkdir. 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Bundan əlavə 2019-cu ilin dekabr ayı ərzində 886,35 milyon ABŞ dolları məbləğində vəsait satmışdı.