Bank BTB nağdsız əməliyyatlara üstünlük verən şəxslər üçün “Hər kəsə sərfəli kart” kampaniyasına start verir. Belə ki, kampaniya çərçivəsində müştərilər 1 illik Visa Classic kartlarını cəmi 5 AZN-ə əldə edəcəklər. Kartlar bütün müştərilərə heç bir məhdudiyyət qoyulmadan təqdim olunur.
Bank BTB-nin satış nöqtələrinə yaxınlaşmaqla vaxt itirmədən, sürətli və rahat şəkildə Visa Classic kartlarını əldə edə bilərsiniz. Kampaniya 11 Aprel 2020-ci il tarixinədək davam edəcək. Onu da qeyd edək ki, təmassız ödəniş funksiyasına malik olan kartlar AZN valyutalıdır. Bu kartları əldə etməklə Siz dünyanın istənilən nöqtəsində nağdsız əməliyyatlar apara, həmçinin, rəsmi saytımızda yerləşən onlayn ödəniş səhifəsi, ödəmə terminalları, eləcə də, bankın filial və şöbələrindən vəsaitinizi artıra biləcəksiniz. Kartlarda 3D Secure xidmətinin olması da ölkə daxilində və xaricində sərtfəli tariflərlə nağdlaşdırma aparmanıza imkan yaradacaq.
“Hər kəsə sərfəli kart” kampaniyası ilə bağlı sualı olan müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.