“Ölkədə nağd valyuta ehtiyatları yaradılıb və bankların bütün tələbləri gün ərzində hərraclarda tam şəkildə ödənilir”.
Bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
“Bu gün bütün banklarda əhalinin ala biləcəyi qədər vəsait var. Ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, onlar bir-birinə kömək edirlər. Bizim banklara dünən satdığımız valyutanın hamısını banklar tam şəkildə reallaşdıra bilmədilər. Banklar tərəfindən aparılan əməliyyatların həcmi, təxminən, 10 dəfədən çox artıb. Yəni valyuta problemi, vəsaitin çatışmaması problemi yoxdur”.