20 C
Baku
Thursday, October 3, 2024

Azərbaycanın ən böyük bankının aktivləri 8 milyardı keçdi

Azərbaycan Beynəlxalq Bankının aktivləri son bir ildə 25,2% artaraq 2014-ci il iyulun 1-nə 8,04 mlrd. manata çatıb. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 23,4% artaraq 2014-ci il iyulun 1-nə 5,522 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 588,6 mln. manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,543 mlrd. manata bərabər olub ki, bu da 2013ilin iyulun 1-nə nisbətən 4,1% çoxdur.

Bankın məcmu kapitalı il ərzində 29,2% artaraq 989,1 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 563,3 mln. manata çatdırılıb.
Bankın gəlirləri 330,2 mln. manat təşkil edib. ABB-nın xalis mənfəəti  2014-ci il iyulun 1-nə 29,7 mln. manata çatıb.

İyulun 1-nə ABB-nin 2 035 532 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 709 bankomat və 7399 POS-terminaldan ibarətdir.

 

Son xəbərlər
Digər xəbərlər