Mərkəzi Bankın sədri Elman Rüstəmovun səlahiyyət müddəti bitir.
Bu ilin aprelin 3-də Elman Rüstəmovun səlahiyyətləri başa çatır.
“Mərkəzi Bank haqqında” qanuna əsasən, Mərkəzi Bankın İdarə Heyətinin üzvləri Konstitusiyanın 109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər.
İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri də beş il müddətinə vəzifəyə təyin edilirlər.
Qeyd edək ki, Elman Rüstəmov axırıncı dəfə Milli Məclisin 2015-ci ilin 3 aprel tarixində keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə təsdiq edilmişdi.
Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyevdir. Baş bankir Elman Rüstəmovun müavinləri isə Vadim Xubanov və Aftandil Babayevdir.
Onlar 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvləri seçiliblər.
©Oxu.az