6 C
Baku
Sunday, December 15, 2024

Sabiq bank əməkdaşı KOBİA-ya təyinat aldı

2019-cu ilin yay ayında “Azər Türk Bank” ASC-ni tərk edərək, “Cargo.az” şirkətinə direktor gedən Rəşad İbrahimov dövlət qurumunda yeni vəzifəyə təyin edilib.

Banker.az xəbər verir ki, İbrahimov Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) departament rəhbəri gedib. O, dövlət qurumunda Elektron xidmətlərin təşkili departamentinə direktor təyin edilib.

“166” yükdaşıma şirkəti kimi tanınan “Cargo.az”dakı Baş direktorluq fəaliyyətini bu aydan dayandırıb.

Xatırladaq ki, İbrahimov cari ilin iyul ayına qədər “Azər Türk Bank”da Layihələrin İdarə olunması ofisinə rəhbərlik edirdi.

Son xəbərlər
Digər xəbərlər