14 C
Baku
Thursday, October 31, 2024

220 milyon avroya torpaq satılır

Dublinin şəhər ətrafı olan Çerrivudda 220 milyon dollara torpaq sahəsi satışa çıxarılıb.  162 hektar torpaq sahəsi üzərində həyata keçiriləcək olan layihə isə 2,5 milyard avro olaraq qiymətləndirilir.

Alıcı bu torpaq sahəsində mağazalar (37,8 min kv.m), ofislər (220 min kv.m), həmçinin  evlər inşa edə biləcək. Lakin tikinti layihəsi yerli hökumət qüvvələri tərəfindən təsdiq edilməlidir.

İrlandiyanın daşınmaz əmlak bazarı böhrandan sonra bərpa olunur. Dublində mənzil və ofis çatışmazlığı səbəbindən burada alış və kirayə haqqları artmışdı. İrlandiya paytaxtına minimum şəkildə 10 min ev lazımdır. Bununla yanaşı, müqayisə üçün qeyd edək ki, keçən il cəmi 1,6 min mənzil inşa edilmişdi.

Son xəbərlər
Digər xəbərlər