10 C
Baku
Friday, December 13, 2024

Ələt Limanında Taxıl terminalı tikiləcək

Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Taxıl terminalının tikintisi nəzərdə tutulur.

Bu barədə  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin departament rəisi Xudayar Həsənli deyib.

X.Həsənli vurğulayıb ki, terminalın tikintisinə yatırılacaq investisiya məsələsinin hansı formada olması ilə bağlı hələ qərar qəbul edilməyib.

Xatırladaq ki, 2018-ci il mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə “Ro-Ro” və “Ro-Pax” tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.

©Report

Son xəbərlər
Digər xəbərlər