12 C
Baku
Saturday, November 23, 2024

“Bloomberg” rublun dollar qarşısında 30% ucuzlaşacağını xəbərdarlıq etdi

“Bloomberg” in hesablamalarına görə, dollar rubla qarşı daha 30% bahalaşa bilər. Bu barədə Banker.az analitik agentliyin xəbərinə istinadən bildirir.

Koronavirus pandemiyası nəticəsində ABŞ fond bazarında qiymətlərin enməsi 2007-2008-ci illərdəki qlobal böhran dövründə olduğu qədər güclü olarsa, o zaman inkişaf etməkdə olan bazarları olan bir çox ölkələrin valyutalarının dəyəri daha da düşə bilər, “Bloomberg” xəbərdarlıq edir.
Agentliyin analitiklərinin hesablamaları göstərir ki, büdcə kəsiri və likvid olmayan maliyyə bazarları olan ölkələr daha böyük təhlükə altındadırlar. Belə ki, bu ölkələrin valyutaları onsuz da kəskin ucuzlaşıb. Rusiya rublunun məzənnəsi, ilk növbədə, dünya neft qiymətlərinin düşməsindən asılıdır.
Qeyd edildiyi kimi, düşmə davam etdiyi təqdirdə, bir dollar 97 rubla bərabər ola bilər. Xatırladaq ki, hal-hazırda bu göstərici 75 rubldur.

Dollar aşağıdakı valyutalara qarşı 10%-dan çox arta bilər:
– Kolumbiya pesosu – 22,4%;
– CAR rendi – 22,4%;
– Çili pesosu – 17,8%;
– Cənubi Koreya vonu – 17,7%;
– Meksika pesosu – 16,1%;
– Polşa zlotası – 11,8%;

2020-ci ilin əvvəlindən dollar rubla qarşı təqribən 20% artmışdır – 62 rubldan 74-75 rubladək.

Son xəbərlər
Digər xəbərlər