Məhkəmə FETÖ istintaqı çərçivəsində saxlanılan “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində həbs qərarı verib.
Banker.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Xatırladaq ki, “Palmali Holding”in prezidenti Mübariz Mənsimovla şirkətin meneceri Nuray Nurcihan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanılıb.
İstintaq çərçivəsində saxlanılmış Mənsimov və Perkerin FETÖ üzvü olduğu və təşkilatın rəhbərləri ilə intensiv əlaqələrinin olduğu iddia olunur.