7 C
Baku
Thursday, December 12, 2024

Belarusun neft emalı zavodunda Azərbaycan neftinin emalına başlanılıb

Belarusun Mozır neft emalı zavodu Odessa limanından Odessa-Brodı və Brodı-Mozır neft kəmərləri ilə nəql olunan Azərbaycan neftinin emalına başlayıb.

Bu barədə “Belneftxim” konserninin mətbuat katibi Aleksandr Tişenko məlumat verib.

“Neft Mozır zavoduna çatdırılıb və onun emalına başlanıb”,- o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi “SOCAR Trading” martda Belarus üçün 250 min tonluq üç tanker neft nəqlini planlaşdırır. Bu tankerlərin ikisi Azərbaycan neftidir.

Belə ki, martın 12-də Ceyhan limanından Odessa limanına 90 min ton həcmində “Azeri Light” markalı nefti daşıyan tanker gəlib. Martın 15-də isə Novorossiysk limanından ümumi həcmi 80 min ton “Urals” nefti gətirilib. Bundan başqa, Supsa limanından daha 80 min ton həcmində “Azeri Light” markalı nefti daşıyan tankerin gəlməsi gözlənilir.

Xatırladaq ki, SOCAR Belarusa 2020-ci ildə ümumi həcmi 1 milyon ton neft çatdıra bilər.

©İnterfax

Son xəbərlər
Digər xəbərlər