6 C
Baku
Monday, December 16, 2024

Fevralda ixracın həcmi 48% kiçildi, idxal isə 47% artdı

Azərbaycan 2020-ci ilin ilk ayında 2 milyard 130,21 milyon ABŞ dolları dəyərində məhsul ixrac etdiyi halda, ilin ikinci – fevral ayında 1 milyard 119,16 dollar dəyərində məhsul ixrac edə bilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, idxalda isə, əksənə, həcmi yanvar da 720,85 milyon dollar təşkil etdiyi halda, fevralda 1 milyard 66,23 milyon dollar təşkil edib.

Göründüyü kimi ixarın həcmi öncəki ayla müqayisədə 48% azalmalı, idxalın isə 47% artmalı olub.

Yanvar ayı üzrə ölkənin ticarət üzrə müsbət saldosu,  52,93 milyon dollar olub, bu yanvarda 1  milyard 409,36 milyon dollar idi.

Ümumilikdə isə Azərbaycanın 2020-ci ilin ilk iki ayı birlikdə ixracın həcmi 3 milyard 249,37 milyon dollar, idxalın həcmi isə 1 milyard 787,08 milyon dollar təşkil edib.

 

4333
Son xəbərlər
Digər xəbərlər