Öncəki illə müqayisədə cəmi gəlirləri kəskin fərqlə – 58% azalmalı olub
Fransanın “Axa” sığorta brendi altında Azərbaycanda fəliyyət göstərən “AXA MBASK” Sığorta Şirkəti ASC-nin cəmi gəlirləri 2019-cu il ərzində 11 milyon 347 min manat, cəmi xərcləri 15 milyon 372 min manat təşkil edib.
Banker.az “AXA MBASK”ın hesabatına istinadən xəbər verir ki, bunun da 8 milyon 424 min manatı xalis sığorta hesablarının müsbətə dəyişməsi hesabına olub.
Sığorta şirkətinin gəlirləri xərclərini qarşılaya bilməyib, nəticə olaraq sığorta şirkəti illik 4 milyon 26 min manatlıq zərər edib.
“AXA MBASK”ın cəmi aktivləri 35 milyon 888 min manat, cəmi öhdəlikləri 12 milyon 967 min manat olub.