6 C
Baku
Saturday, December 14, 2024

AzerGold-un rəhbərliyi yeni tərkibdə iclas keçirib

Martın 18-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

“İclas koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə Baş Nazir Əli Əsədovun dövlət qurumlarının rəhbərləri üçün xüsusi rejimdə iş normalarına dair imzaladığı təlimatlarının tələblərinə uyğun olaraq videobağlantı vasitəsilə təşkil edilib. Müşahidə Şurasının cari ildə keçirilən ilk toplantısında QSC-nin ötən ildə əldə etdiyi nəticələr, hasilat, kəşfiyyat və ümumilikdə iqtisadi göstəriciləri geniş təhlil olunub” -deyə QSC-dən deyilir.

“AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov Müşahidə Şurasının üzvlərinə 2020-ci il üzrə fəaliyyət planı və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, cəmiyyət fəaliyyətə başladığı dövrdən etibarən, istər hasilat, istər ixrac və satış, geoloji kəşfiyyat, istərsə də digər sahələrdə çoxsaylı uğurlar əldə edib. Hasilata başlanılan ilk ildən mənfəətlə çalışan QSC qısa zaman kəsiyində nəinki dağ-mədən sahəsinin, bütövlükdə ölkənin qeyri-neft sektorunun liderlərindən birinə çevrilib.

İclasda, həmçinin 2020-2025 ci illər ərzində istismara veriləcək yataqlar, proqnozlaşdırılan iqtisadi səmərəlilik və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldığı deyilir.

Müşahidə Şurasının üzvləri tərəfindən “AzerGold” QSC-nin ümumilikdə fəaliyyəti və 2019-cu ildə əldə edilən nailiyyətləri müsbət qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər