“3D Secure” texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: Bankomatdan (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulma mütləqdir).
“3D Secure” proqramında qeydiyyatdan buradan aparılır: https://acs.3dsecure.az/way4acs/enroll. Qeydiyyatdan sonra, “3D Secure” texnologiyasının dəstəkləyən saytlarda (bir qayda olaraq, “Verified By Visa” və “MasterCard® SecureCode™” loqotipləri ilə işarələnir), alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə, əlavə olaraq birdəfəlik şifrəni də daxil etmək lazım olacaq. Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir.