Böyük Britaniyanın “Transport for London” ictimai nəqliyyat operatoru paytaxtda 40 metro stansiyasının bağlanıldığını elan edib.
Qərara əsasən, 250 stansiyası olan London metropolitenində əsasən digər xətlərə keçid olmayan stansiyalar bağlanır.
Bu addımın məqsədi yalnız zəruri səhayətlər edən sərnişinlərin yolda olmaq müddətini azaltmaqdır.
Eyni zamanda, Londonda marşrut avtobuslarının da sayı azaldılacaq.
Qeyd edək ki, bu günə qədər Böyük Britaniyada 2 626 nəfər koronavirusa yoluxub, 104 nəfər virusun qurbanı olub.
©Trend