20 C
Baku
Thursday, October 3, 2024

İnsanlıq dolu addım

Səudiyyə Ərəbistanından olan bir kişi öz şəhərində dilənçiliklə mübarizə aparmaq üçün çox gözəl bir üsul tapmışdır.  O öz evinin önündə böyük bir soyuducu qoyaraq içərisini ərzaq məhsulları ilə doldurmuşdur.

İnsanlıq adına böyük bir addım atmış bu şəxs bildirir: “Bəzən elə olur ki, nahar və yaxud şam yeməyi hazırladıqda artıq məhsullar, yaxud nahardan sonra toxunulmamış qida qalır.

Bir çox ailələr bu artıq qalmış ərzaq məhsullarını sadəcə zibil qutusuna ataraq israf edirlər.

Mən isə öz süfrəmi hələ ki, həyatda bəxti gətirməmiş insanlarla bölməyi qərara aldım”.

Naməlum bu şəxs öz hərəkəti ilə yaşadığı şəhərdə digər insanlar tərəfindən minnətdarlıq və hörmət qazanmışdır.

Son xəbərlər
Digər xəbərlər