22 C
Baku
Thursday, October 3, 2024

15 il sonra qaytarılan borc…

Bir qadın 15 il əvvəl işlədiyi bardan oğurladığı 200 dollar məbləğində pulu geri qaytarmışdır.

Gibbs barının sahibəsi Pamela Hedges ona göndərilən zərfi əldə etdikdə bunun hər zaman ki kimi bankdan gəldiyini zənn etdi. Lakin o zərfi açdıqda gözlərinə inanmadı. Məktubda 15 il əvvəl barın əməkdaşı olmuş 1 qadının üzrxahlıq dolu sözləri və 200 dollarlıq çek var idi.

“Əziz Gibb və Pem,
Mən sizin Gibbs barınızda 1999, yaxud 2000-ci ildə işləmişəm. Məni xatırladığınıza əmin deyiləm. İşlədiyim vaxtlarda nümunəvi işçi deyildim. Bununla belə, işə görə sizə çox minnətdar idim. Mən nəinki pis işçi idim, hətta sizdən pul da oğurlamışam. Öz işimi necə qiymətləndirdiyimi və etdiyim hərəkətə görə necə təəssüf hissi keçirdiyimi bilməyinizi istəyirəm. Xahiş edirəm, üzrümü və çeki qəbul edin”.

Son xəbərlər
Digər xəbərlər