Gürcüstan hökumətinin qərarı ilə ölkənin quru sərhəd-keçid məntəqələri yaxınlığında əlavə karantin zonaları yaradılacaq.
“Bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.
Onun sözlərinə görə, əlavə karantin yerləri “Lars”, “Qırmızı körpü” və “Sarp” sərhəd-keçid məntəqlərinə yaxın ərazilərdə təşkil olunacaq.
İ.Çikovani qeyd edib ki, bu, koronavirusla bağlı vəziyyəti daha yaxşı idarə etməyə imkan verəcək. Report