Gürcüstan sabahdan bütün ölkələrə uçuşları dayandırır.
“Sputnik Gürcüstan” bu barədə Gürcüstan hökumətinin sözçüsü İrakli Çikovaninin açıqlamasına əsasən xəbər yayır.
O, bu tədbirin koronavirus panemiyasının yayılması təhlükəsinə görə görüldüyünü qeyd edib:
“Gürcüstan aviaşirkətləri vasitəsilə təşkil olunan uçuşların sabahdan tamamilə dayandırılması barədə qərar qəbul edilib”