8 C
Baku
Wednesday, December 18, 2024

Gürcüstanda 10-dan çox insanın bir yerə toplaşması qadağan olunur

“Gürcüstanda kilsələr də daxil olmaqla, 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur”.

Banker.az Report Agentliyinin yerli bürosuna istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Hökumət başçısının sözlərinə görə, ölkədə fövqəladə vəziyyətin elan olunmasında əsas məqsəd vətəndaşların sağlamlığının qayğısına qalmaqdır.

G.Qaxaria deyib ki, bütün fiziki və hüquqi şəxslər fövqəladə vəziyyətin tələblərinə riayət etməyə məcburdurlar.

Baş nazir qeyd edib ki, bu tələbləri pozan fiziki şəxslər 3 min lari, hüquqi şəxslər isə 15 min lari məbləğində cərimə olunacaqlar, bu hallara təkrar yol verənlər isə üç ilədək müddətə həbs olunacaqlar.

Qeyd edək ki, koronavirusla bağlı olaraq bu gün Gürcüstanda aprelin 21-dək fövqəladə vəziyyət elan olunub. 

Son xəbərlər
Digər xəbərlər