“Absheron Hotel Group” koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq “Bulvar Hotel”i mart ayının 24-dən etibarən müvəqqəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir.
Oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri “Absheron Hotel Group” tərəfindən ödəniləcəkdir.
Qafqazinfo.az