14 C
Baku
Saturday, November 23, 2024

“İrşad Electronics” koronavirus ilə əlaqədar 1 aylıq kredit ödənişlərini dondurdu

Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biri “Covid-19” virusu ilə əlaqədar olaraq aprel ayı üçün aylıq ödənişlərə 1 aylıq fasilə verdi.

Banker.az xəbər verir ki, “İrşad Electronics” koronavirus pandemiyası ilə bağlı aprel ayında kredit ödənişini dondurdu.

Bildirək ki, hal-hazırda “İrşad Electronics”-in Bakı, Lənkəran, Göyçay, Gəncə, Quba, Qəbələ, Bərdə, Sumqayıt və Xırdalan şəhərlərində 31 mağazası fəaliyyət göstərməkdədir. Azərbaycanda 700-dən çox dileri var. 

Onu da qeyd edək ki, “İrşad Electronics” şirkəti  2000-ci ildə “I&R Telecom” adı altında fəaliyyətə başlayıb. Şirkət 2006-cı ildən 2011-ci ilədək Azercell Birgə Müəssisəsinin dileri kimi fəaliyyət göstərib. 

Son xəbərlər
Digər xəbərlər