10 C
Baku
Thursday, December 12, 2024

Avropa Komissiyası koronavirusla mübarizə üçün əlavə vəsait axtaracaq

Avropa Komissiyası (AK) Avroqrup tərəfindən dəstəklənəcəyi təqdirdə, COVID-19-dan ən çox əziyyət çəkən Avropa İttifaqı ölkələrinə yardım göstərmək üçün əlavə vəsait axtarmağa hazırdır.

Bu barədə AK sədri Ursula fon der Lyayen koronavirus böhranının iqtisadi nəticələrinə qarşı mübarizə təklifləri barədə verdiyi açıqlamada bildirib.

AK sədri Avropa Şurasının Avroqrupa növbəti həftələr ərzində təkliflər irəli sürməyi tapşırdığını qeyd edib.

O, söyləyib ki, AK paralel olaraq mövcud Aİ razılaşmaları çərçivəsində bərpa mərhələsi üçün təkliflər üzərində işləyir. Sədrin sözlərinə görə, mövcud vəsaitlərdən mümkün qədər çevik istifadə edərək dərhal dəstək göstərilə bilər və hazırda AK bununla bağlı iş aparır.

Martın 26-da videokonfrans şəklində keçirilən Avropa Şurasının iclasında Avroqrupun maliyyə nazirlərinə COVID-19 şokunun görünməmiş xarakterini nəzərə alaraq iki həftə ərzində təkliflər təqdim etmək tapşırığı verilib.

©Report

Son xəbərlər
Digər xəbərlər