WhatsApp, koronavirus səbəbiylə internet istifadəsinin artmasına görə serverlərdə sıxlığı azaltmaq üçün 15 saniyəlik bir video məhdudiyyəti təqdim etdi.
Banker.az xəbər verir ki, Hindistanda bu məhdudiyyət tezliklə qlobal miqyasda tətbiq oluna bilər.
Dünyaya təsir edən yeni növ koronavirus epidemiyası, demək olar ki, bütün insanları evə həbs etdi. “Evdə qalmaq” çağırışını dinləyən və sosial həyatdan uzaqlaşan bir çox insan bu müddət ərzində sanki internetə axışdı. Belə ki, dünyada internet trafikində ciddi artım müşahidə edilmişdir.
Xidmət təminatçıları və internet üzərindən xidmətlər göstərən bir çox şirkət internet trafikindəki bu yükü azaltmaq üçün müxtəlif tədbirlər görmüş və davam etdirirlər. Dünyada 2 milyarddan çox istifadəçisi olan WhatsApp da tədbir görən şirkətlər sırasındadır.
Hardware News-dakı məlumata görə, əvvəllər server qabiliyyətini iki dəfə artıran populyar mesajlaşma tətbiqi, indi WhatsApp statusundakı video müddətini 30 saniyədən 15 saniyəyə endirdi.
Hindistandakı bəzi istifadəçilərə tətbiq olunan bu məhdudiyyət ilə, 15 saniyəyə qədər video WhatsApp statuslarına yüklənə bilər. Yaxın günlərdə Hindistandakı bütün istifadəçilər üçün əlçatan olacaq bu tətbiqat dünyada WhatsApp-ın xidmət etdiyi 180-dən çox ölkədə özünü göstərə bilər.