“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.
Bunu QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.
O deyib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:
“Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.
Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb.
©Report