Milli Məclisin deputatlarının və əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna etdiyi ianənin məbləği açıqlanıb.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında məlumat verib.
O bildirib ki, deputatlar və Milli Məclisin işçiləri Fonda 250 min manatdan çox vəsait ödəyiblər.
Spiker əlavə edib ki, deputatların bəziləri aylıq maaşlarının hamısını, bəziləri isə bir qismini Fonda ianə ediblər.
©Oxu.az