“Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Toponomiya komissiyasının yeni tərkibinin aşağıdakı kimi formalaşdırılıb:
– Nizami Cəfərov (Milli Məclisin deputatı, akademik);
– İsa Həbibbəyli (Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti);
– Sabir Rüstəmxanlı (Milli Məclisin deputatı);
– Sevinc Fətəliyeva (Milli Məclisin deputatı);
– Musa Quliyev (Milli Məclisin deputatı);
– Əziz Ələkbərov (Milli Məclisin deputatı);
– Möhsün Nağısoylu (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru);
– Ramiz Məmmədov (AMEA-nın Heydər Əliyev adına Coğrafiya İnstitutunun direktoru);
– Qara Məşədiyev (AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi );
– Mahirə Abbasova (AMEA-nın Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi);
– Emin İmanov (Milli Məclis Aparatı rəhbərinin xidmətinin ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri).
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
©Report