“Azərbaycan bu sazişə bir bəyannamə, istisna ilə qoşulub”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Quru limanları haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə qanun layihəsinin müzakirəsi zamanı MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T. Mirkişili bildirib ki, sazişə qoşulan 27 dövlətdən biri Ermənistandır: “Bizim istisna halımız da məhz Ermənistanla bağlıdır”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
©APA