17 C
Baku
Monday, May 6, 2024

Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib

“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.

V. Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

©APA

Son xəbərlər
 ⁠
Digər xəbərlər