Ömrünün son illərində Ernest Heminquey depressiyaya meylli və qıcıqlandırıcı bir insan olmuşdu, o, bütün yaxınlarını və qohumlarını inandırmağa çalışırdı ki, FTB (federal təhqiqatlar bürosu) agentləri onun arxasınca düşüb və onu izləyirlər. Yazıçını bir neçə dəfə psixiatrik klinikada müalicə ediblər, o xəstəxanadan da dostlarına zəng edib bildirir ki, palatada müxtəlif səs-ötürücü cihazlar quraşdırılıb və onların telefon danışığı izlənilir.
Elektroşokun təsiri nəticəsində isə o, öz fikirlərini formalaşdırmaq və əvvəlki kimi yazmaq qabiliyyətini itirir. 1961-ci ildə Heminquey özünü güllələyərək, evindəcə intihar edir.
Üstündən bir neçə on illik ötəndən sonra Heminquey ilə bağlı FTB-yə rəsmi müraciət göndərilir. Yazıçının işi ilə bağlı agentlikdən cavab gəlir.
Həqiqətən də izləmələr və telefon dinləmələri gerçək olub və yazıçını izləyiblər. Yazıçının Kubadakı aktivliyi hökumətə şübhəli gəldiyindən onu həmin psixoloji xəstəxanada da nəzarət altında saxlayıblar.