6 C
Baku
Sunday, December 15, 2024

İlham Əliyev: “Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur”

“Çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur. Eyni zamanda sosial paket işləyən vətəndaşların işlərinin itirilməməsi üçün sahibkarlara çağırış və nəyinki çağırış sahibkarlara dəstək olunacaq. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar və kim onlara dəstək verməlidir?! Əlbəttə ki, dövlət və hər zaman olduğu kimi dövlət və dövlət bunu edib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

“Ona görə həm xəstəliyə qarşı mübarizədə, həm iqtisadi fəallığın təmin edilməsi eyni zamanda sosial məsələlərin həlli hər bir vətəndaşın problemlərinin dəf edilməsi və köməklik göstərmə cəhdlərimiz və niyyətimiz bizim siyasətimizi əks etdirir. Eyni zamanda Azərbaycan vətəndaşlarına hesab edirəm ki, ən gözəl xidmət olacaq”.

©Report

Son xəbərlər
Digər xəbərlər