Azərbaycanda 1 mart 2020-ci il tarixinə bank və kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin həcmi 7 milyard 100 min manata yüksəlməklə 2016-ci ildən bu tərəfə ən yüksək rəqəmə yüksəlib.
Banker.az xəbər verir ki, bu ötən aykı göstərici ilə müqayisədə 95 mln, manat daha çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 731,5 milyon manat (32%-lik) artım olması deməkdir.
İstehlak kreditləri bu yükəslişdən sonra ölkə üzrə ümumi kredit qoyuluşunun həcmində 45,2% paya sahib olması deməkdir.
Sırf ev təsərrüfatında sahibkarlıq ilə nəzərə almasaq, ümumi istehlak kreditinin həcmi 6 milyard 863,4 milyon manat olması Azərbaycan Mərkəzi Bankının hesabatında müşahidə edilir. İstehlak kreditlərinin 6 milyard 77.9 milyon manatı manatla və 785,5 milyon manatı isə xarici valyutada təqdim edilib.
Müştərilərə təqdim edilən istehlak kreditlərinin 1 milyard 240,2 milyon manatı qısamüddətli, 5 milyard 623,2 uzunmüddətli təqdim edilən kreditlər olub.