10 C
Baku
Wednesday, December 11, 2024

Vahid Ələkbərov ötən ay 5,1 mlrd. dollar itirib

Rusiyanın ən böyük özəl neft-qaz şirkəti olan “Lukoil” şirkətinin rəhbəri olan Azərbaycan əsilli Vahid Ələkbərov təkcə cari ilin mart ayı ərzində 5,1 mlrd. ABŞ dolları itirib və onun xalis sərvəti 14,6 mlrd. dollar təşkil edib.

“Lukoil”in rəhbəri ilin əvvəlindən 7,69 mlrd. dollar itirib.

“Bloomberg Billionaires Index” reytinqinin lideri “Amazon”un rəhbəri Ceff Bezos qalır. O, ilin əvvəlindən xalis sərvətini 5,11 mlrd. dollar artıraraq 120 mlrd. dollara çatdırıb. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq xalis sərvəti 99,5 mlrd. dollar olan “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts və 75 mlrd. dollarla Fransanın LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun baş meneceri Bernar Arno qərarlaşıb.

©APA

Son xəbərlər
Digər xəbərlər