Gürcüstanda koronavirusla bağlı xüsusi mobil tətbiqin hazırlanması istiqamətində işlər aparılır.
Bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.
Onun sözlərinə görə, mobil telefonlar üçün tətbiqlər müxtəlif ölkələrdə tətbiq olunur:
“Bu cür mobil tətbiqlər koronavirusla mübarizədə vacib komponentlərdən biridir. Belə ki, tətbiq vətəndaşı virusa yoluxan şəxsin yanında olması barədə xəbərdarlıq edir”.
Nazir müavini qeyd edib ki, mobil tətbiqin Gürcüstanda adaptasiyası və texniki dəstəklə bağlı Avstriya tərəfi ilə əməkdaşlıq həyata keçirilir.
©Report