25 C
Baku
Saturday, April 27, 2024

“British Airways” işçilərinin 80% -ni ödənişsiz məzuniyyətə göndərir

İngiltərənin “British Airways” şirkəti işçilərinin 80% -ni (36 min işçi) ödənişsiz məzuniyyətə göndərir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“BBC News” un məlumatına görə, söhbət yerüstü heyət, mühəndislər, eləcə də baş ofisdə işləyənlərdən gedir.

Qeyd edək ki, “British Airways” bu qədər sərt tədbirlər görən ilk şirkət deyil. Bir çox aviaşirkət trafikin kəskin düşməsi ilə qarşılaşaraq, on minlərlə işçini ödənişsiz məzuniyyətə göndərir.

Məsələn, Kanadanın ən böyük aviaşirkəti olan “Air Canada” 16 500-dən çox işçisini ödənişsiz məzuniyyətə göndərdiyini açıqlayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər