6 C
Baku
Sunday, December 15, 2024

Əhaliyə ödəmələr bu həftə başlaya bilər

“Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik”.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, bankların iş zəncirinə zərbə vurmamağa, onların müflisləşməməsinə çalışılmalıdır: “Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə həllini tapacaq. Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib”.

©Report

Son xəbərlər
Digər xəbərlər