Ölkədə koronavirus səbəbilə elan edilən karantin dövründə şirkətlər #EvdəQal şüarı altında bir çox sosial xarakterli paylaşımlar etməyə başladılar. Bəzi şirkətlər loqolarında dəyişiklik edərkən, bəziləri isə sosial şəbəkələrdə paylaşdığı sloqanlar ilə yadda qaldı.
Ölkənin aparıcı banklarından olan Bank of Baku isə hazırladığı video çarxla hər kəsin diqqətini çəkdi. Belə ki, bankın filiallarında çalışan və hər gün yüzlərlə müştəriyə birbaşa xidmət göstərən əməkdaşlar bu çətin dövrdə əməyi və cəsarəti ilə xidmətdə olan hər kəsə təşəkkür etdi.
Əməkdaşlar tibb işçilərinə, polislərə, əsgərlərə, müəllimlərə, əczaçılara, biz media nümayəndələrinə, şəhərin təmizliyini qoruyan işçilərə, satıcılara, kuryerlərə öz təşəkkürlərini video çarx vasitəsilə çatdırıblar. Bank of Baku digər banklarda çalışan həmkarlarını da unutmayıb. Video çarxın sonunda digər həmkarlarına da təşəkkür edən əməkdaşlar, bununla da dövrün əsl birlik dövrü olduğu mesajını da vermiş oldu.
Biz də öz növbəmizdə Bank of Baku-ya bu təşəbbüsləri üçün təşəkkür edir, hər kəsi onlar üçün #EvdəQal-mağa çağırırıq.
Hər kəsin paylaşdığı həmin o video çarxla tanış ola bilərsiniz: