Türkiyənin “Anadolu Qrup” şirkətinin törəmə müəssisəsi “Coca-Cola İçecek” istehsal etdiyi bitki çayı “Doğadan”ın satış və çatdırılma fəaliyyətini aprelin 30-dan etibarən dayandıracağını açıqlayıb.
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.
“Bu ayın sonundan etibarən şirkətimiz Azərbaycan, Türkiyə və Qazaxıstanda “Doğadan” markasının satış və çatdırılmasını dayandırır”, – açıqlamada bildirilir.
Qeyd edək ki, türk bitki çay markası olan “Doğadan” “Coca-Cola İçecek” tərəfindən 2007-ci ildə 50 milyon ABŞ dollarına satın alınıb.
Şirkətin səhmlərinin 50,3%-i “Anadolu Qrup”a, 20,1%-i “Coca-Cola Co”ya, 3,7%-i “Özgörkey Holdinq”ə məxsusdur, qalan 25,9%-lik səhm paketi isə birjalarda dövriyyədədir.
©Report