Napoleon Banopart təbliğatın dahisi hesab olunur. O, insanların ağlı üzərindəki hakimiyyətin fiziki gücdən daha yaxşı işlədiyini bilirdi. Napoleon iki əsr əvvəl yaşasa da, onun imic qurma üsullarından hələ də istifadə olunur.
Hər bir kəsin öz imperatoru var
Napoleon hər bir publika üçün “özünkü” olub. Çıxışı daha inandırıcı olsun deyə, o, əsgərlərin qarşısında yalnız hərbi geyimdə və məşhur papağında çıxış edirdi. Napoleon vəzifələrindən asılı olaraq imici ilə idarə etməyi bacarırdı.
Əgər döyüşdə qalib gəlmək və sıravi əsgərlərin hörmətini qazanmaq lazım idisə, Napoleon hərbi formasını geyinirdi. Zadəganlar arasında, əksinə, millətin mübahisəsiz lideri kimi mövqelərini möhkəmləndirmək tələb olunurdu.
Buna görə də, İT sahəsində çalışan insanlarla tədbirə gedirsinizsə, ciddi kostyum geyinməyiniz məsləhət deyil. Eyni şeyi fotoşəkillərə də aid etmək olar.
Yalnız xoşagələn şeylər haqqında danışın
Napoleondan kütlələrin şüurunu manipulyasiya etməyin üç üsulu:
- İnformasiyanı paylaşmayın
- Tarixi saxtalaşdırın
- Ayrı-ayrı hadisələr barədə susun
Napoleon deyirdi: “Xoşagəlməz bir hadisə baş verdikdə, hər şey dəqiqləşməyənə qədər açıqlama verməyə tələsməyin”.
Sadə bir misal: məsələn, siz tanınmış internet-provadersiniz, podratçıların günahı üzündən serveriniz düşdü, daimi müştərilərinizin İnterneti kəsildi. Yalnız həqiqi məktub və zənglərə cavab verin, baş verən narahatedici hadisələri açıq mənbələrdə yayımlamayın, çaxnaşma yaratmayın.
Bu informasiya “açıq dünya” ya – KİV-nin əlinə düşməyənə qədər hər şeyi səssiz və görünməz şəkildə həll etmək şansınız var.
Xeyriyyəçiliklə məşğul olun
“Napoleon Yaffada vəba xəstələrinin olduğu hospitalda” adlı əsər imperatorun sifarişi ilə çəkilib. İncəsənətin köməyi ilə Bonapart öz əsgərlərindən infeksiyanı tutmaqdan çəkinməyən və onların hər birinin qayğızına qalan xeyirxah və cəsarətli bir hökmdar kimi görünmək istəyirdi.
Əslində, xeyirxah iş görməyimizə heç nə mane olmur. Qeyri-kommersiya fondları və uşaq evləri daima köməyə ehtiyac duyurlar. Onların layihələrində iştirak edin, fotoşəkillər çəkin və ya ehtiyacı olanlara müntəzəm yardım barədə məlumat verin. Sosial piar – media və sosial şəbəkələrdə ən populyar təbliğat formalarından biridir.
Belə bir fəaliyyət hər iki tərəfə kömək edir: həm şirkətə, həm ehtiyacı olanlara.
İnsanlara daha yaxın olun
Bir dəfə Misirdə müharibə zamanı imperator atından imtina etdi və bütün ordunun qarşısında piyada səhradan keçdi. Beləliklə, Napoleon əsgərlərin bütün çətinliklərini bölüşmüş oldu. Onlardan bir çoxu istefadan sonra belə imperatora sadiq qaldı.
Kütləvi tədbirlərdə iştirak edərkən başqaları ilə eyni səviyyədə olmağa çalışın. Əgər xeyriyyə marafonuna natiq qismində gəlmisinizsə, iştirakçılara qoşulun! Tədbirin əhəmiyyəti barədə bir-iki kəlmə ilə məhdudlaşmayın. Əgər furşetdə iştirak edirsinizsə, qonaqlara diqqət ayırmaqdan və yeyib-içməkdən çəkinməyin.
Özünüzü ətrafınızdakı insanlarla eyni səviyyədə tutsanız, sizə qarşı güvən və hörmət qat-qat çox olacaq.
Hədəf auditoriyanın ağrısını sağaldın
Napoleon sözlərini vərəqlərə yazdıraraq hamıya paylamağı əmr etmişdir: “Əsgərlər! Sizin nə çəkməniz, nə də hərbi var. Siz çörək çatışmazlığı yaşayırsınız və anbarlarınız demək olar ki, boşdur. Amma düşməniniz bolluq içində yaşayır. Hər şeyi əldə etməyiniz yalnız sizdən asılıdır. Siz bunu etmək istəyirsiniz və bacaracaqsınız!”.
Banopart fərqli-fərqli insanlar qrupları ilə müxtəlif mövzuları müzakirə edirdi. Əsgərlərlə qələbə və şöhrət, düşmən məmurlarla isə vergi və korrupsiya haqqında danışırdı.
Bu təcrübədən auditoriyanızla, sosial şəbəkələrdə və ya çıxışlarda istifadə edin. Sizin üçün deyil, onlarla vacib olan şeylər haqqında danışın.
Şəxsiyyətin məşhurluğu
Napoleon Banopartın adı həm də ona görə məşhur oldu ki, imperator hərbi və siyası karyerasının əvvəlindən ətrafında şəxsiyyət kultu yatamağa başlamışdır. Hər hansə qələbə olduqda ilk olaraq fransız generallar haqqında deyil, Napoleon haqqında yazırdılar. Bu, Fransadakı ictimai rəyi idarə etməyə kömək edirdi.
Napoleondan öyrənməli olduğumuz əsas şey budur: əvvəlcə lider, sonra isə onun şirkəti haqqında danışmalıdırlar. İnsanlar şirkəti lider ilə əlaqələndirməyə meyl edirlər. Bunun təsdiqi Stiv Cobs və İlon Maskdır.
Bütün bu metodların kompleks şəkildə istifadəsi sayəsində Napoleon ictimai rəyi ustalıqla idarə edə bildi və nəticədə millət ona aşiq oldu. O, bir çox cəhətdən cahil və qəddar insan idi və gücündən müxalif fikirləri aradan qaldırmaq üçün istifadə edirdi. Bu üsullar müasir dövrdə də istifadə olunur və onların sayəsində şirkət rəhbərləri məşhurlara çevrilir. Və onların hər birinin öz tərəfdarlar ordusu formalaşır.