10 C
Baku
Friday, December 13, 2024

“Deutsche Bank” pandemiyadan sonra bioloji pasportların yaranmasını proqnozlaşdırdı

Koronavirus infeksiyasının yayılması, müxtəlif ölkələrə səyahət edən insanların sağlamlığına zəmanət verən bioloji pasportlara yol aça bilər.
Müəlliflərin fikrincə, mövcud böhran dünyanı bir neçə həftə ərzində tanınmaz hala gətirəcək və pandemiyanın qarşısı alındıqdan sonra ölkələrin xarici dünyaya sərhədlərini açmaq istəməməsi təəccüblü olmayacaq.

Banker.az  bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

“Turizm, çox güman ki, geri dönüş edən ən son sənaye sahəsi olacaq. Belə ki, ölkələr virusu məğlub etmək üçün ciddi səylər göstəriblər və turistlərin daşıyıcı olmadığını sübut etmədən sərhədlərini açmaqdan çəkinəcəklər. Sağlamlığını sübut edə bilməyən vətəndaşlar, ehtimal ki, səfərini təxirə salmaq məcburiyyətində olacaqlar”, – “Deutsche Bank” ın eksperti yazır.
Belə bir sübut, onların fikrincə, bioloji pasport ola bilər – fərdi məlumatların təhlükəsizliyini nəzərə alan mobil telefonlar üçün xüsusi bir texnologiya.

“Əgər bu texnologiya qısa bir zamanda əlçatan olsa, onlar turizm və səyahətə töhfə verə bilər. Yox, olmasa – turizm və biznes-səyahətlərə qarşı bir müddət müəyəyn məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir”, – araşdırmanın müəllifləri hesab edirlər.

Son xəbərlər
Digər xəbərlər