10 C
Baku
Thursday, December 12, 2024

“Tesla”nın səhmlərinin dəyəri sürətlə artır

İlin birinci kvartalında “Tesla” şirkəti 102,670 elektromobil istehsal edib, 88,400 elektromobil isə müştərilərinə çatdırılıb.

Bu barədə “Tesla” şirkətinin yayımladığı press-relizdə hesabat verilib. Koronavirus pandemiyasına baxmayaraq, “Tesla” şirkətinin elektromobil çatdırılmalarında keçən ilin birinci kvartalı ilə müqayisədə 40%-lik artım müşahidə olunub.

Hesabat verildikdən sonra “Tesla” şirkətinin səhmləri cümə axşamı elektron ticarətdə 17%-ə qədər dəyər qazanıb. Ümumilikdə son 12 ayda “Tesla”nın kapitallaşmasının 59% artdığı bildirilib.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər