18 C
Baku
Wednesday, May 1, 2024

Azərbaycan vətəndaşları yanvar-fevral aylarında ən çox İrana gedibmiş

Bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 12,2% artaraq 820,6 min nəfər olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 38,4%-i İrana, 29,1%-i Gürcüstana, 17,3%-i Rusiya Federasiyasına, 9,9%-i Türkiyəyə, 5,3%-i isə digər ölkələrə səfər etib. Gedənlərin 67,8%-ni kişilər, 32,2%-ni qadınlar təşkil edib.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9%, İrana gedənlərin sayı 13,4%, Türkiyəyə gedənlərin sayı 8,7% artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7% azalıb.

Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,1%-i dəmir yolu və avtomobil, 15,2%-i hava, 0,7%-i isə dəniz nəqliyyatından istifadə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər