7 C
Baku
Thursday, December 12, 2024

Bank of Baku Elektron Kommersiya Xidmətini PULSUZ etdi!®

Koronavirus pandemiyasının iqtisadiyyatda yaratdığı dalğalanmaların mənfi təsirinin azaldılması yönündə ölkə miqyasında atılan addımlara dəstək olan Bank of Baku, onlayn ticarətlə məşğul olmaq istəyən biznes sahiblərinə özəl kampaniyaya start verir.

Belə ki, biznesini onlayn platformada qurmaq istəyən iş adamları və ya internet mağaza sahibləri Bank of Baku-nun təklif etdiyi Elektron Kommersiya xidmətinə (E-commerce) PULSUZ qoşula və xidmətdən heç bir KOMİSSİYA HAQQI ödəmədən yararlanana biləcəklər. 

Bu xidməti alış-veriş saytında və ya mobil tətbiqində aktiv edən iş adamları, müştərilərinə etdikləri alış-verişin xərcini onlayn ödəmə imkanı verəcək. Yəni, alıcılar olduqları məkanı tərk etmədən almaq istədikləri məhsulu onlayn alacaq və ödənişlərini həyata keçirə biləcəklər. 

Xidmətdən faydalanan ticarət sahibləri aşağıdakı üstünlüklərə də sahib olacaqlar:

  • Peşəkar mütəxəssislər tərəfindən xidmətin PULSUZ quraşdırılması;
  • Bank of Baku tərəfindən konsultasiya xidməti;
  • İstənilən bank kartı ilə və 24/7 rejimində ödəniş qəbul etmə imkanı;
  • Ödənişlərin sürətli toplanması;
  • Admin paneldə ödənişlərə nəzarət imkanı.

E-commerce xidmətindən istifadə etməklə öz məhsul və ya xidmətlərini geniş müştəri kütləsinə çatdırmaq istəyən biznes sahibləri 30 aprel tarixinə kimi Bank of Baku-ya müraciət edərək, bu xidmətdən 3 AY müddətinə, yəni, 30 iyun 2020-ci il tarixinədək tamamilə PULSUZKOMİSSİYASIZ faydalana bilərlər. 

Kampaniyadan yararlanmaq və daha ətraflı məlumat əldə etmək istəyən şəxslər Bank of Baku-nun 145 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi veb səhifəsinə – www.bankofbaku.com daxil ola bilərlər. 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku

Son xəbərlər
Digər xəbərlər